Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

3 yeni planet kəşf edildi

Planetlər Dünyanın ölçülərindən 12-17 dəfə böyükdür

Kosmosda araşdırmalar aparan Qətərli elm adamlarının 3 yeni planet kəşf edildiyi öyrənildi.

“Din.az” bildirir ki, Qətər rəsmi xəbər agentliyində yer alan xəbərə görə, Qətər Ekologiya və Enerji Araşdırmalar İnstitutu Müdir Vəkili Xalid əs-Subeyi başçılığında elm adamlarından ibarət olan qrup, ABŞ, İspaniya və Çində yerləşən rəsədxanaların çəkdiyi 10 minlərlə şəkli nəzərdən keçirdikdən sonra qalaktikada ulduzların ətrafında fırlanan 3 yeni planet kəşf edib.

Kəşf edilən planetlərin kütlə baxımından İsti Yupiter sinfindən olduğunu bildirən Subeyi, planetlərin Dünyanın ölçülərindən 12-17 dəfə böyük olduğu deyir.

Planetlərin ana ulduza yaxın olması üçün səthindəki istiliyin 1400-1700 dərəcə olduğunu qeyd edən Subeyi, planetlərin öz ulduzlarının orbiti ətrafında 1,8 ilə 2,9 günə tamamladığını bildirib.

Planetlərin Günəş sistemindən 1400-1800 işıq ili uzaqlığında olduğuna diqqət çəkən Subeyi, planetlərin Qətər 3, Qətər 4 və Qətər 5 şəklində adlandırılması mövzusunda Beynəlxalq Astronomiya Birliyi (IAU) ilə razılığa gəldiklərini ifadə edib.

Qeyd edək ki, Qətərli araşdırmaçılar 2010 və  2011-ci illərdə Qətər 1 və Qətər 2 adları verilən iki planet kəşf etmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az