Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi – VİDEO

Şeyx müştərilərin aldıqları bütün malların qiymətini ödəyib.

Əbu-Dabinin 26 yaşlı şeyxi şəhər sakinlərinə müqəddəs Ramazan ayı şərəfinə qeyri-adi hədiyyə edib.

Din.az “Oxu.Az”a istinadən xəbər verir ki, şeyx ticarət mərkəzində müştərilərin yarım saat ərzində aldıqları bütün malların ödənişini edib. Şəhərin ən iri hipermarketi yarım saat ərzində alıcılar üçün pulsuz malların anbarına çevrilib. Bütün məsrəfləri şeyx öz fondundan ödəməyi vəd edib.

Bu xəbər müştərilər arasında ajiotaja səbəb olub, qadınlar geyim və kosmetika, kişilər isə texnika və elektronik cihazlar bölmələrinə üz tutub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az