
Kəndlilər imamdan polisə şikayət ediblər.
Türkiyədə bir imanın məsciddən uşaqlara izlətdiyi film valideynləri tədbir görməyə məcbur edib.
Din.az xəbər verir ki, məsciddə imam olan bir şəxs uşaqlara məsciddə quraşdırdığı proektor vasitəsi ilə “Siccin 4” adlı qorxu filmini izlədib. Uşaqların qorxduğunu bildirən ailələr imamı tənqid ediblər. Uşaqların üzərində mənfi təsiri olduğunu düşünən kəndlilər imamdan polisə şikayət ediblər.
Polisdən verilən açıqlamada imamdan ifadə alındığı bildirilib. Sakinlər tərəfindən çəkilən fotolar əsasında incələmə başladılıb. / Metbuat.az