Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

20 YANVAR ŞƏHİDLƏRİ TƏHQİR OLUNDU

İslamda şəhidlərə münasibət necədir?

Bildiyimiz kimi ötən həftə Azərbaycan 20 Yanvar faciəsinin 27-ci il dönümünü qeyd etdi. Hər kəsin “Qanlı yanvar” faciəsi adlandırdığı bu gün hər il ölkəmizdə Ümumxalq Matəm Günü kimi anılır. Lakin bu günlə bağlı sosial şəbəkələrdə hüznünü paylaşanlarla yanaşı, etikadan və milli dəyərlərdən uzaq paylaşımlara da rast gəlinib.

Belə ki, sosial şəbəkələrdə “Abu Omar” adı altında paylaşım edən şəxsin yazdıqları insanlığa və dinə sığmayan fikirlərlə doludur. “Din.az” “A24.az”a istinadən həmin paylaşımda yazılanları təqdim edir:

“Əssəlamu Aleykum və Rəhmətullahi və Bərəkətuhu! Allahın (Əzzə və Cəllə) salamı olsun Muvahidlərə! Bildiyimiz kimi bu gün kafirlərin batil matəmlərindən biri olan 20 Yanvar gəlir. 20-25 il əvvəl bir qrup kafir digər qrup kafirdən canını qurtarmaq üçün nümayişlər etmiş, bir darül-küfr olan ateist SSRİ-dən yaxasını qurtarıb digər darül-küfr olan müstəqil Azərbaycan Respublikasını qurmaq üçün küçələrə tökülüblər. Kafir rus əsgərləri də gəlib bu biri kafirlərin leşini yerə sərib. Gecə vaxtı harada nə avara, alkaş olubsa, hansı küçədə pozğun (fahişə, lüt əhli, qaluboy, xristian, yəhudi, ateist, üzdəniraq, siğə elətdirən) durubsa hamısı gülləyə tuş gəlib, gəbərib. Kafirlər bir-birilərini qırıblar. İndi bunlar öz kafirlərinin leşlərinə şəhid adı verib təhqir edirlər. Suriyada vuruşub şəhid olan qardaşlarımıza da, küncdə bədənini satan yerdə güllələnmiş fahişəyə də şəhid demək olarmı?”

 


Təbii ki, bu da insanların hiddətinə səbəb olub və həmin şəxsə qarşı “ürək sözlərini” səsləndiriblər. Bəs, belə paylaşım edənlərə, maddi və mənəvi dəyər hesab etdiyimiz nəsnələri təhqir edənlərə qarşı hansısa cəzalar tətbiq edilirmi və ya edilməlidirmi?

Məsələnin hüquqi tərəfini araşdırmaq üçün hüquqşunas Tahir Əlirzayevə müraciət etdik. Hüquqşunas Azərbaycanın milli dəyərlərinə hörmətsizlik edən şəxslərə qarşı görüləcək tədbirləri belə izah etdi:

“Bilirsiz, əgər qəbirlərin, abidələrin üzərində hansısa təhqiramiz hərəkətlərə yol verilibsə, həmin şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə məsuliyyətə cəlb edilə bilər. Belə bir hal yoxdursa, həmin təhqiramiz ifadələr hansısa saytda, qəzetdə, KİV-də və ya sənəddə gedibsə təhqir edilən şəhidlərin ailə üzvləri, onların vərəsələri həmin şəxsə qarşı məhkəmədə iddia qaldırıb şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı təzminat tələb edə bilər”.

Lakin bizim üçün məsələnin həm də başqa bir tərəfi də maraqlı idi. Sosial şəbəkədə 20 Yanvar qurbanlarının şəhid olmadığını deyən şəxsin bu iddiası görəsən, nə dərəcədə düzgündür? Bəs İslamda şəhidlərə münasibət necədir? Sualımızı cavablandıran “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov bildirdi ki, İslamda şəhidlik məqamına yüksək qiymət verilir.


“Dinimizdə şəhidlərə hörmətlə yanaşılır, onlara yüksək qiymət verilir. Hətta şəhidlər peyğəmbərlərlə bir tutulur. Yeganə şəhid ruhudur ki, peyğəmbərlərlə birlikdə Cənnətə girir. Peyğəmbər və şəhidlərin ruhundan başqa heç kimin ruhu Cənnətə girmir. Sadəcə şəhidliyin növləri var. Ən yüksək məqamı Allahın adını yüksək tutmaq üçün döyüş meydanında ölməkdir. Hətta döyüşdə yaralansa və qırağa çəkilib orda ölsə, həmin şəxs döyüş meydanında ölən şəhid kimi qeyd edilir. Həmçinin şəhidliyin növləri barədə Muhamməd peyğəmbər (s.a.s) deyib ki, qarın ağırısından ölən, suda batan da şəhiddir. Yəni hansısa məqamlarda insanlara şəhidlik verilir. Əgər 20 Yanvar gecəsi kimsə vətənini qorumaq üçün çölə çıxarkən ölübsə, əlbəttə ki, onların şəhidlikdə payları var”.

Sosial şəbəkədi paylaşım haqqında münasibətini öyrənmək istədikdə isə Qamət Süleymanov bir cümlə ilə fikrini tamaladı:

“Ümumiyyətlə, sosial şəbəkələrdəki dini paylaşımlarla bağlı yazılara fikir vermək lazım deyil”.

Firuzə Alimova, A24.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az