Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

“20 Yanvar hadisələri zamanı şəhid olanların qanlı paltarları indiyə qədər saxlanılır”

Yüz illər keçsə də, 20 yanvar hadisəsixalqın yaddaşından silinməyəcək.

Dini Qurumlarlara İş üzrə Dövlət Komitəsi (DQİDK) 20 Yanvar hadisələrinin 27-ci ildönümünə həsr olunan “20 Yanvar-şəhidlik zirvəsi” mövzusunda konfrans keçirib.

“Din.az” “Report”a istinadən xəbər verir ki, tədbirdə DQİDK-nin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Azərbaycanda olan dini konfesiyaların rəhbərləri və başqaları iştirak edib.

c9201d6a-bc90-4368-b638-8df483edabfc_cx0_cy12_cw0_mw1024_mh1024_s
Tədbirdə çıxış edən Kamal Abdullayev 20 Yanvar hadisəsinin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı roldan danışıb. O qeyd edib ki, yüz illər keçsə də, bu hadisə xalqın yaddaşından silinməyəcək.
M.Qurbanlı deyib ki, hadisələr baş verdikdən sonra ulu öndər Heydər Əliyevin Moskvada heç nədən çəkinmədən haqq səsini ucaldıb.

21404bd5-1b78-41d7-80f4-1590bbd17364_mw1024_s_n
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib ki, bu gün Azərbaycanın bütün vətəndaşları şəhidlərin abidəsini ziyarət etməyi özünə borc bilir: “Amma dünyada elə pis əməl görən insanlar var ki, onların məzarı gizlədilir. “Quran”da buyurulur ki, şəhidlər ölmür və daim yaşayırlar. O hadisələr baş verəndə Azərbaycanda QMİ sədri Allahşükür Paşazadə xalqı ətrafına yığdı. Bütün idarələr başsız qalmışdı. QMİ sədri idarədə oturmuşdu və ağsaqqalar da onun başına toplanmışdı. Biz o zaman şəhidlərin qanlı paltarını sübut üçün götürüb saxladıq. Bu gün də onlar saxlanılır. Onların bir çoxunun əlində üzük də var idi. Onlar nişanlı gənclər idi. O zaman millətin oğulları dedilər ki, Kirovun heykəli Dağüstü parkdan götürülməlidir və şəhidlər orda dəfn olunmalıdır və belə də oldu”.
Daha sonra çıxış edən Azərbaycandakı qeyri-islam dini icma rəhbərləri şəhidlik zirvəsinin əzəmətindən, Azərbaycan xalqının qəhrəmanlığından bəhs ediblər. Azərbaycan xalqının 20 yanvarda öz torpağının azadlığı uğrunda mübarizə apardığı vurğulanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az