Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

2 müsəlman ölkəsi arasında divar tikilir

Pakistan Əfqanıstanla sərhədin müxtəlif hissələrində çəpər tikir.

Pakistan ordusu Əfqanıstanla sərhəddə divarın tikilməsinə dair qərar verib.

“Din.az”ın “İslamazeri.az” istinadən verdiyi xəbərə əsasən, Pakistan Əfqanıstanla sərhədin müxtəlif hissələrində çəpər tikməyə başlayıb. Bu haqda məlumatı Pakistan ordusunun mətbuat xidmətindən veriblər.

Rəsmi İslamabadın Pakistan-Əfqanıstan sərhədinin bir sıra sahələrində çəpərin tikilməsi planı haqda hələ fevral ayının sonu – Pakistanı silkələmiş silsilə terrorlardan dərhal sonra xəbər verilmişdi. Pakistan əvvəllər də dəfələrlə sərhəddə çəpər tikmək niyyətində olduğunu bildirsə də, lakin hər dəfə bu fikir nəyəsə görə həyata keçmirdi. Lakin fevral ayında Pakistan ordusu fevral terrorlarının birindən sonra bildirib ki, məlum hücumlar Əfqanıstan ərazisində gizlənən terrorçuların əmri əsasında həyata keçirilib. Nəticədə Əfqanıstanla sərhəd fevral ayının 27-dən mart ayının 20-dək terrorçuların Pakistan ərazisinə soxulmaları ilə mübarizə çərçivəsində bağlı qalıb.

“Qərargah rəisi general Kamar Cavid Bacva bildirib ki, Pakistan-Əfqanıstan sərhədində çəpərin tikintisi  və sərhəddə yerləşən Bacaur və Mohmand  rayonları yüksək təhlükəsizlik təhdidinə görə bu planda daha ümdədir.”

Bacva bu cür bəyanatla şənbə günü ölkənin şimal-qərbində yerləşən “Qəbilələr regionunun” Mohmand və Oraqzay rayonlarına səfəri zamanı çıxış edib. O həmçinin bildirib ki, sərhəd ənənəvi hava kəşfiyyatı ilə yanaşı xüsusi texniki müşahidə vasitələri ilə də təchiz ediləcək.

Bundan əlavə, Bacva xatırladıb ki, İslamabad Kabul ilə birgə sərhəd təhlükəsizliyinin təmin edilməsi istiqamətində 2-tərəfli mexanizm hazırlamağa çalışır. O, qeyd edib ki, sərhəddəki təhlükəsizlik terrorçuluqla mübarizədə “görünməmiş qurbanlar” vermiş hər iki tərəfin maraqlarına cavab verib.

O, bu yaxınlarda “Qəbilələr zonasının” Heybər-Paxtunxva əyaləti birləşdirilməso haqda verilmiş qərarı müsbət dəyərləndirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az