Netanyahu: İsrail Suriyadakı fəaliyyətini gücləndirəcək

İranın Suriyada möhkəmlənməsinə mane olmaq istəyirlər.
ABŞ öz qoşunlarını geri çəkdindən sonra İranın Suriyada möhkəmlənməsinə imkan verməmək üçün İsrail Ərəb Respublikasındakı fəaliyyətini aktivləşdirəcək.
Din.az bildirir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu İsrail-Yunanıstan-Kipr sammitində çıxışında deyib.
“İranın bizim əleyhimizə Suriyada hərbi cəhətdən möhkəmlənməsinin qarşısını almaq naminə biz Suriyada fəaliyyətimizi davam etdirəcəyik. İrana qarşı mübarizə səylərimizi azaltmayacağıq, əksinə intensivləşdirəcəyik”, – deyə Netanyahu bildirib. / Virtualaz.org