1948-ci ildən 3,2 milyon yəhudi İsrailə köçüb

Yəhudilər Sovet dağılmamışdan qabaq da İsrailə köçürdülər.
Bu haqda məlumat İsrail Mərkəzi Statistika Bürosundan verilib.
Din.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, 1948-ci ildən etibarən İsrailə 3,2 milyon yəhudi köçüb. Bu haqda məlumat İsrail Mərkəzi Statistika Bürosundan verilib.
Hesabata əsasən, İsrailə gəlmiş bütün miqrantların 43 faizi Sovet İttifaqı dağıldıqdan sonra ittifaqın eks üzvlərinin ərazisindən gələnlərdir.
Yəhudilər Sovet dağılmamışdan qabaq da İsrailə köçürdülər.
2017-ci ildə isə İsrailə 38 min yəhudi köçüb. Bundan başqa, 1948-2016-cı illərdə 726 min yəhudi də İsraili tərk edib.
İsrail xaricdən gələn bütün yəhudiləri qəbul edir. Lakin rejim fələstinli qaçqınların geri qayıtmasına icazə vermir ki, bu da BMT-in müvafiq qətnaməsinin pozulmasıdır.
Məruzəyə əsasən, İsrail əhalisinin sayı 8,9 milyon nəfərdir, bu rəqəmin 2 milyonunu isə ərəblər təşkil edir.