Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Ərəblərin “Qımılqazma macərası”: “yüzlük ziyafəti”, 200 manata alça və daha nələr…

“Səhra övladları” dağ kəndinin sakinlərini necə heyrətləndirir?

Yay mövsümü ilə bağlı ölkəmizə axın edən ərəblərin ən çox üz tutduğu bölgələrdən biri də Quba zonasıdır. Xüsusilə də, Qubanın zəngin meşələrlə əhatələnən yüksək dağ kəndləri ərəb turistlərin diqqətini daha çox cəlb edir.

Din.az Moderator.az -a istinadən bildirir ki, son vaxtlar ərəblərin Quba ərazisində ən çox səfər etdikləri kəndlər sırasında Qəçrəş, Qımılqazma xüsusilə diqqət cəlb edir. Mənbənin sözlərinə görə, ərəblrin hər dəfə Qımılqazma ərazisində görünməsi yerli sakinlər tərəfindən sevinclə qarşılanır. Buna səbəb kənd ərazisində alış-veriş edən ərəblərin aldıqları mallara görə fantastik məbləğ ödəməsidir:

“Ərəblərin Qımılqazma sakinlərinin “sevimlisinə” çevrilməsinə səbəb onların hər kəsi heyrətə gətirən səxavətidir. Belə ki, ən müxtəlif kənd təsərrüfatı məhsullarının satışının həyata keçirildiyi Qımılqazma bazarında tez-tez görünən ərəblər aldıqları məhsulların pulunu bir neçə dəfə artıqlaması ilə ödəyir ki, bu da istər-istəməz satıcıları məmnun edir. Belə ki, ərəblər Qımılqazma bazarında iki manata təklif edilən alçanın bir kilosuna 200 manat, 25-30 manatlıq 700 qramlıq bala görə 500 manat pul ödəyir ki, bu alış-verişdən ən çox qazanclı çıxan təbii ki, kənd sakinləri olur. Bundan başqa, ərəblər Qımılqazma bazarında valideynləri ilə birlikdə çalışan, onlara kömək edən uşaqlara hər səfərlərində 50-100 manat məbləğində “ucdantutma” pul paylayır. Ərəblərin azyaşlılarla bağlı həyata keçirdiyi “yüzlük ziyafəti” bəzən Qımılqazma bazarında çalışmayan uşaqların da günün müəyyən saatlarında bazar ətrafına toplaşıb ərəblərin gəlişini gözləməyə sövq edir”.

Mənbənin sözlərinə görə, ərəblər bazarda 10-12 manata təklif edilən kənd toyuğu üçün 100-150 manat, istirahət mərkəzlərində 30 manata olan samovar çayı üçün 300-400 manat və digər xidmətlər üçün də dəyərindn bir neçə dəfə çox pul ödəməklə kənd sakinlərini sözün həqiqi mənasında heyrətləndirməkdədir. Bu baxımdan sakinlər cari ili ötən ilin yay mövsümündən daha məhsuldar və qazanclı hesab edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az