Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

13 tələbi rədd edən Qətərə – SƏRT XƏBƏRDARLIQ

Qətəri təcili regional müdaxilə gözləyə bilər.

Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd bin Al Xəlifə rəsmi Dohanın region ölkələri ilə razılıqlara əməl etmədiyi təqdirdə Qətəri “təcili regional müdaxilə ilə hədələyib”.

Din.az “A24.az”a istinadən xəbər verir ki, Al Xəlifə bu barədə öz “twitter” səhifəsində yazıb.

“Ya Qətər regiondakı mövcud ümumi müdafiəyə dair razılıqlara əməl edəcək, ya da onu təcili regional müdaxilə gözləyir”, – o yazıb.

Nazirin sözlərinə görə, Qətər qonşu dövlətlərlə diplomatik münaqişədən sonra ölkəyə xarici hərbçiləri dəvət edərək vəziyyəti daha da gərginləşdirib.

“Qətərlə münaqişənin əsası yalnız siyasi arenada olub, xaricdən hərbçilərin dəvət olunması – hərbi gərginliyin artırılması deməkdir. Bunun məsuliyyəti bütövlüklə rəsmi Dohanın üzərinə düşür”, – Al Xəlifə qeyd edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az