104 YAŞLI QADIN HƏCCƏ GETDİ

104 yaşlı qadını Ciddədə xüsusi təntənə ilə qarşıladılar.
2017-ci ilin ən yaşlı zəvvarı Məkkəyə yetişdi.
Din.az bildirir ki, Moderator.az-ın “Əl-Ərəbiyə” nəşrinə istinadla verdiyi xəbərə görə, 104 yaşlı İndoneziya vətəndaşı Mariya Marqani Muhammed Ciddə aeroportunda xüsusi təntənə ilə qarşılanıb. 104 yaşlı zəvvarı qarşılayanlar arasında İndoneziyanın mədəniyyət naziri və Ciddədəki konsulu da olub.
Yaşının həddən yuxarı olmasına rəğmən qadın özünü yaxşı hiss edir və bütün Həcc ayinlərini icra etməklə ziyarətini sonacan yekunlaşdırmaq niyyətindədir. Həkimlər 104 yaşlı müsəlman xanımın səhhətinin normal olduğunu bildiriblər.
Xəbərdə xatırladılır ki, bu il İndoneziyadan Məkkəyə 220 min zəvvar yola düşüb.